• 28 Mart 2024
logo
ARDNF-nin Azərbaycan ərazisi ilə neft-qaz nəqlindən gəlirləri artacaq

ARDNF-nin Azərbaycan ərazisi ilə neft-qaz nəqlindən gəlirləri artacaq

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2022-ci il büdcəsində neft və qazın ölkə ərazisi ilə ötürülməsindən əldə edilən gəlirləri 13,7 mln. ABŞ dolları və ya 23,29 mln. manat həcmində olması proqnozlaşdırılır ki, bu da 2021-ci ilin proqnoz və gözlənilən icra göstəricilərindən 1,36 mln. manat və ya 6,2% çoxdur.
Bu barədə Hesablama Palatasının ARDNF-nin 2022-ci il büdcəsinin layihəsinə verdiyi rəydə deyilir.
Məlumata görə, qeyd olunan proqnoz göstərici 2020-ci ilin müvafiq icra göstəricisindən 2,93 milyon manat və ya 14,4% çoxdur.
Qeyd olunur ki, 2022-ci ildə tranzit haqqı üzrə gəlirlərin artması növbəti il üzrə boru tarifinin inflyasiya faktoru nəzərə alınmaqla artması ilə izah edilir.
Sənədə əsasən, 2022-ci ildə Fondun neftin-qazın sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilər tərəfindən ödənilən bonus ödənişləri 2022-ci il üzrə bonus ödənişləri 450,2 mln. dollar və ya 765,34 mln. manat təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da manat ifadəsi ilə 2020-ci ilin müvafiq icra göstəricisindən 2,44 mln. manat və ya 0,3% az, 2021-ci ilin proqnoz və gözlənilən icra göstəricilərindən 10,71 mln. manat və ya 1,4% azdır.
Proqnozlaşdırılır ki, 2022-ci ildə Fondun büdcəsinin digər gəlir maddəsini karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar xarici sərmayəçilər tərəfindən ödəniləcək ümumilikdə 3,108 mln. dollar və ya 5 283,6 min manat məbləğində akrhesabı ödənişlər təşkil edir.