• 19 Aprel 2024
logo
Azərbaycan gələn il dövlət borcunun ödənilməsinə 1,8 mlrd. manat yönəldəcək

Azərbaycan gələn il dövlət borcunun ödənilməsinə 1,8 mlrd. manat yönəldəcək

Azərbaycan 2022-ci il üçün dövlət borcunun (daxili və xarici) xidmətlərinə xərclərin yuxarı həddini 1,792 mlrd. manat səviyyəsində müəyyən edib.
Bu barədə Azərbaycan Respublikası 2022-ci il dövlət büdcəsi haqqında Qanununda deyilir.
Daxili dövlət borcu üzrə bu hədd 232 mln. manat səviyyəsində, xarici dövlət borcu üzrə isə sözügedən hədd 1,560 mlrd. manat səviyyəsində müəyyən edilib.
Qeyd edək ki, 2021-ci ilin doqquz ayı ərzində dövlət borcunun xidmət xərclərinə 1 513,5 mln. manat yönəlib.
Xatırladaq ki, 2021-ci il 1 iyul tarixinə Azərbaycan ümumi dövlət borcu (xarici və daxili) 17,352 mlrd. manat və ya ÜDM-in 21,6%-ni təşkil edib. Xarici dövlət borcu isə 8,603 mlrd. ABŞ dolları (14,626 mlrd. manat) və ya ÜDM-in 18,2%-ini təşkil edib.