• 7 Noyabr 2026
logo
Bitkoinin qiyməti 35 min dolları ötdü

Bitkoinin qiyməti 35 min dolları ötdü

Dünyanın ən populyar kriptovalyutası olan bitkoin rekord həddə bahalaşmaqda davam edir.

Trend-in məlumatına görə, bitkoin son sutka ərzində 11 faizdən çox bahalaşaraq 35 min dollar həddini keçib.

Kriptovalyutanın alqı-satqı qiyməti 35 887 dollaradək çatıb.

Qeyd edək ki, ötən həftəsonu bitkoinin qiyməti 30 min dollaradək azalsa da, yenidən bahalaşmaqda davam edib.

Qlobal kriptovalyuta bazarının 72,1 faizi bitkoinin payına düşür.