• 17 Aprel 2024
logo
Güneyli rejissor ölüm aclığına başladı

Güneyli rejissor ölüm aclığına başladı

Tehranın Evin həbsxanasında saxlanılan tanınmış rejissor Cəfər Pənahi aclıq aksiyasına başlayıb.
Baymedia.az xəbər verir ki, bu barədə rejissorun həyat yoldaşı Tahirə Səidi özünün sosial media hesabında yazıb.
“Qanunsuzluqlara və hüquqlarımın pozulmasına görə, fevralın 1-dən quru aclığa başlayıram. Bunu sərbət buraxılana və ya həyatımı itirənə kimi davam etdirəcəyəm”, - Cəfər Pənahi həyat yoldaşına bildirib.
İran və dünya kinosunun tanınmış simalarından biri, dünyada beynəlxalq və nüfuzlu festivalların bir çox mükafatlarının sahibi Cəfər Pənahi iyulun 11-də təhlükəsizlik məmurları tərəfindən həbs edilib.