• 29 Mart 2024
logo
“Bir cənub şəhərində” filmi yenidən bərpa olunub

“Bir cənub şəhərində” filmi yenidən bərpa olunub

“Azərbaycanfilm” kinostudiyasının 1969-cu ildə istehsal ediyi “Bir cənub şəhərində” filmi yenidən bərpa olunub.
Bu barədə Azərbaycan Kinomotoqrafçılar İttifaqından məlumat verilib.
Bildirilib ki, filmin bərpası “Balans” Milli Rəqəmsal Bərpa Studiyası tərəfindən həyata keçirilib. “Bir cənub şəhərində”nin yenilənmiş versiyasına yanvarın 27-i, saat 19.00-da “Nizami” kinoteatrında baxış təşkil ediləcək.
Qeyd edək ki, Rüstəm İbrahimbəyovun ssenarisi əsasında Eldar Quliyevin quruluş verdiyi filmdə əsas rollarda Həsən Məmmədov, Eldəniz Zeynalov, Hacımurad Yegizarov, Süsən Məcidova, Almaz Əsgərova və başqaları çəkiliblər.
Xatırladaq ki, “Balans” Milli Rəqəmsal Bərpa studiyası bundan öncə də Tofiq Tağızadənin 1960-cı ildə çəkdiyi “Mateo Falkone”, Həsən Seyidbəylinin 1973-cü ildə quruluş verdiyi “Nəsimi" filmlərini də bərpa edib.