• 25 Aprel 2024
logo
ABŞ-ın Etnik Anlaşma Fondunun Prezidenti: “Ən böyük yəhudi icması Azərbaycandadır”

ABŞ-ın Etnik Anlaşma Fondunun Prezidenti: “Ən böyük yəhudi icması Azərbaycandadır”

“Mən özümlə 14 pastoru Azərbaycana gətirmişdim. Onlar Azərbaycanda xristian abidələrinin çox olmasına, xristianların bu qədər rahat şəkildə ibadət etmələrinə şərait yaradıldığına inana bilmirdilər”.
Bunu ABŞ-ın Etnik Anlaşma Fondunun Prezidenti Ravvin Mark Şnayer “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlıq Forumunda deyib.
O bildirib ki, burada cəmiyyətə əmin-amanlığın necə təsir etdiyinə şahidlik ediblər: “Bu, Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində mümkün olub”.
M. Şnayer qeyd edib ki, sülhü qazanmaq olar: “Sülh istənilən qiymətdə ən ali hədəf deyil. Sülh özü insanın vicdan və ləyaqətinin ayrılmaz inteqralıdır. Sülh departamenti də olmalıdır. Sülh ya qazanıla bilər, ya da alına bilər. Sülhü şərə qalib gəlməklə də qazanmaq olar. Sülh ləyaqətin ayrılmaz çalarıdır. Sülh ümumi inamımız, qayğımızın təcəssümüdür. Mən şükranlarımı Prezident İlham Əliyevə çatdırıram. O, mədəniyyətlər arasında sülhün təşviqində mayak rolunu oynayıb”.
O, Prezident İlham Əliyevin yəhudi icmasına, İsrail dövlətinə olan münasibətini təqdir edib: “Ən böyük yəhudi icması məhz Azərbaycandadır”.