• 27 Mart 2023
logo
ABŞ-da ötən gün 1970 nəfər koronavirusdan ölüb

ABŞ-da ötən gün 1970 nəfər koronavirusdan ölüb

Ötən gün ərzində ABŞ-da 33331 nəfər yeni tip koronavirusa yoluxub, 1970 nəfər isə həyatını itirib.
“Reuters”in verdiyi xəbərə görə, ABŞ-da virusa yoluxanların ümumi sayı 400 mini ötüb. Ümumi ölənlərin sayı isə 12841 nəfərdir.
Qeyd edək ki, yoluxma halına görə ABŞ dünyada birinci, ölüm hallarına görə isə İtaliya və İspaniyadan sonra üçüncü sıradadır.