Qazaxıstanda yeni növ koronavirusa (COVİD-19) daha 7 nəfər yoluxub.
Trend-in "Kazinform"a istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 704 nəfərə çatıb.
Bildirilir ki, ən çox yoluxma halları Nur-Sultan (222) və Almatı (119) şəhərlərində qeydə alınıb.
Qeyd edək ki, Con Hokins Universitetinin məlumatına əsasən, aprelin 7-si saat 23:30 üçün dünyada 1 412 103 nəfər koronavirusa yoluxub, 81 103 nəfər dünyasını dəyişib.