• 26 May 2020
logo
Çinin valyuta ehtiyatları 17 aylıq minimuma enib

Çinin valyuta ehtiyatları 17 aylıq minimuma enib

Marta qlobal aktivlərin qiymətlərinin düşməsinin və yuanın zəifləməsi fonunda Çinin valyuta ehtiyatları gözləniləndən daha çox azalaraq son 17 ayın ən aşağı səviyyəsinə enib.
"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, mart ayında ölkənin valyuta ehtiyatları 46,085 mlrd. ABŞ dolları azalaraq 3,061 trln. dollara enib.
Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən baş verən riskli aktivlərin qlobal satışı yuanı dollara qarşı 1,27% ucuzlaşdırıb.
Bundan əlavə, martın sonuna Çinin qızıl ehtiyatlarının dəyəri fevralın sonundakı 100,85 mlrd. dollardan 100,79 mlrd. dollara enib.