• 20 Aprel 2024
logo
Afrikada koronavirusa yoluxanların sayı 10 min nəfəri ötüb

Afrikada koronavirusa yoluxanların sayı 10 min nəfəri ötüb

Afrika qitəsində koronavirusa yoluxanların sayı 10 min nəfəri ötüb.

52 ölkədə 487 nəfər vəfat edib.

Ən çox yoluxma faktı Cənubi Afrika Respublikasında qeydə alınıb. Bu ölkədə 1 686 nəfər virusa yoluxub, 12 nəfər həyatını itirib.

Əlcəzairdə 1423, Misirdə 1322 yoluxma qeydə alınıb.

Koronavirusdan ölənlərin sayına görə isə Əlcəzair liderlik edir. Bu ölkədə 173 nəfər virusun qurbanı olub.

Hazırda Afrikada Lesoto və Komor adalarında koronavirus qeydə alınmayıb.