• 2 İyun 2020
logo
İspaniyada 19 mindən çox tibb işçişi koronavirusa yoluxub

İspaniyada 19 mindən çox tibb işçişi koronavirusa yoluxub

İspaniyada koronavirus epidemiyası müddətində 19 mindən çox tibb işçişi virusa yoluxub.

Trend-in məlumatına görə, bunu ölkənin səhiyyə nazirliyi bildirib.

Qeyd olunur ki, bu, İspaniyada qeydə alınan ümumi yoluxanların 14 faizindən çoxdur.

İndiyədək virusa yoluxmuş 19 400 həkimdən 20 faizə yaxını sağalıb, böyük əksəriyyəti müalicələrini evdə davam etdirir.

13 tibb işçisi virusdan həyatını itirib.

Xatırladaq ki, bu günədək İspaniyada 135 032 nəfər koronavirusa yoluxub, 13 055 nəfər virusun qurbanı olub.