• 1 İyun 2020
logo
İranda daha 136 nəfər koronavirusdan ölüb

İranda daha 136 nəfər koronavirusdan ölüb

İranda ötən 24 saat ərzində yeni koronavirus (COVID19) nəticəsində 136 nəfər ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpur deyib. Onun sözlərinə görə, beləliklə İranda bu virusdan ölənlərin sayı 3 739 nəfərə yüksəlib.

Cahanpur deyib ki, ötən sutkada daha 2 274 nəfər koronavirusa yoluxub. Ümumilikdə İranda bu virusa yoluxanların sayı 60 500 nəfərə yüksəlib.

Nazirlik rəsmisi əlavə edib ki, 4 083 nəfərin vəziyyəti ağır və kirtikdir.

Cahanpur indiyədək 24 236 nəfərin sağalaraq evə buraxıldığını deyib.