• 1 İyun 2020
logo
Bolnisidə 48000 nəfər tibbi yoxlanışdan keçirilib

Bolnisidə 48000 nəfər tibbi yoxlanışdan keçirilib

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Bolnisi rayonunda koronavirusla (COVID-19) 48 000 nəfər termal yoxlanışdan keçirilib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Bolnisi İctimai Sağlamlıq Mərkəzinin rəhbəri Maka Mamardaşvili bildirib.
O qeyd edib ki, bununla da rayonda tibbi yoxlanışın birinci mərhələsi başa çatdırılıb: “İndiyədək rayonda 8 yoluxma faktı qeydə alınıb”.
Mərkəz rəhbəri ümumilikdə rayonda 208 nəfərin özünü təcrid etdiyini, 37 nəfərin isə karantində saxlanıldığı bildirilir.