• 25 Aprel 2024
logo
İranda koronavirus nəticəsində ölənlərin sayı artıb

İranda koronavirus nəticəsində ölənlərin sayı artıb

İranda yeni koronavirus (COVID19) nəticəsində 19 fevraldan bu günədək ölənlərin sayı 3 452 nəfərə çatıb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpur deyib. Onun sözlərinə görə, ötən sutka İranda bu virusdan 158 nəfər dünyasını dəyişib.

Cahanpur deyib ki, ötən 24 saat ərzində 2 560 nəfərin koronavirusa yoluxması öz təsdiqini tapıb. Beləliklə İranda indiyədək 55 743 nəfər bu virusa yoluxub.

Nazirlik rəsmisi 4 103 nəfərin vəziyyətinin ağır və kritik qiymətləndirildiyini deyib.

Cahanpur bildirib ki, indiyədək 19 736 nəfər bu virusdan sağalıb.