• 19 Aprel 2024
logo
İşğal olunmuş Dağlıq Qarabağda ermənistanlı hərbi qulluqçu vəfat edib

İşğal olunmuş Dağlıq Qarabağda ermənistanlı hərbi qulluqçu vəfat edib

İşğal olunmuş Dağlıq Qarabağda ermənistanlı hərbi qulluqçu vəfat edib.

Trend bu barədə erməni KİV-lərinə istinadən məlumat verir.

Qeyd olunur ki, aprelin 3-də saat 00:35-də 2000-ci il təvəllüdlü Qaregin Babakexyan aldığı güllə yarasından ölüb.

Əsgərin ölümü ilə bağlı araşdırma aparılır.

Xatırladaq ki, Ermənistan ordusunda bu ilin yanvar-fevral aylarında ard-arda baş verən əsgər ölümləri böyük əks-səda doğurub, bir sıra yüksək vəzifəli məmur vəzifədən azad edilib.