• 29 Mart 2024
logo
“Hraparak” nəşrində dərc olunan məqalədə Paşinyan hakimiyyəti ifşa olunub

“Hraparak” nəşrində dərc olunan məqalədə Paşinyan hakimiyyəti ifşa olunub

“O, parlament fraksiyası deyil, əxlaqsız hadisələrin toplusudur”

“Ermənistanın “Mənim addımım” fraksiyası sübut etdi ki, o, parlament fraksiyası deyil, əxlaqsız hadisələrin toplusudur. Zorakılıq və sıfır parlamentarizm. 2018-ci ildə baş verən macəra sayəsində parlamentdə peyda olmasaydılar, bu gün taksi sürəcək və ya başqasının evini təmizləyəcək insanlardan başqa bir şey gözləməyə ehtiyac yoxdur”.
Bu, Ermənistanın “Hraparak” nəşrində dərc olunan məqalədə qeyd olunub.
Müəllif qeyd edir ki, Ermənistan parlamenti hökumət tərəfindən təqdim edilən “İnsanların zənglərinə nəzarət və məkanı haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul etmədiyi məlum olduqda, bunun yaxşı olduğunu düşündük, birlikdə xaricdən tətbiq olunan növbəti cəfəngiyatı ləğv etdilər.
“Amma yox, cəmi iki saat sonra “Mənim Addımım”çılar dəstəsi toplandı, müxalifət və lazımsız rəsmiyyət olmadan qanun layihəsi qəbul edildi. Dövlətin tam olmaması, seçicilərə hörmətsizlik, zorakılıqdan başqa bir şey deyil. Onları bu addımı atmağa kim təşviq etdi?
Təbii ki, Paşinyan tərəfindən qanun layihəsi keçməzsə addımçıların barmaqlarını və qulaqlarını kəsəcəkləri ilə hədələdiyi ehtimal olunur və bunu qorxaqlıqla, gizli, məkrli, Konstitusiyaya və insanlara əhəmiyyət vermədən etdilər. İnsanların harada olduğunu deyəkmi, bu gün insanlar istixana şəraitində təcrid olunmuş, yalnız çeynəyib tualetə gedən bir kütlə, bir bitki halına düşüb.
Artıq kimsə onlarla nə edəcəyini bilmir. Küçələrə çıxıb, bu hökumətin yeddi və qırx gününü bir gündə etməyə və meyitin yarılması olmadan dəfn etməyə çağırış edəcəksən, deyəcəklər ki, çaxnaşma salırsan. Adını qoyacaqlar, komendant saatıdır, 20-dən çox insan toplana bilməz. Düşünürsən ki, komendant adamdır, bir şey bilir ki, deyir. Çörək sexinə gedirsən, supermarketdə çox adam görürsən. Qonşularım meyvə satıcısı Xaçikə ikiqat cəsarətlə hücum edir və sayını iki qat artır. Bəs komendant haradadır, gücləndirilmiş rejim haradadır, baş epidemioloq Nikol haradadır? Belə şeylərdən belə nəticə çıxarmaq olar ki, 20 nəfər deməklə eyni məsələyə etiraz edərək ayağa qalxmış 20 nümayişçi, eyni fikirli 20 müxalif, 20 narazı, 20 qaradan söhbət gedir, yəni bu 20 adamın hamısı hakimiyyət qorxusundan danışır. Təsəvvür edin ki, gündən-günə hökumət evinin yanında etiraz edən və nümayiş edən qrupları nə gözləyir.Maskalı polis məmurları gələcək, camaatı xlorlaşdıracaq, karantinə qoyacaq və koronavirusa yoluxmuş insanların daha bir dəstəsinin saxlanıldığını elan edəcəklər.
Hərəkətetmə formasının doldurulmasından şikayət edirik. Tezliklə buna ehtiyac olmayacaq, Paşinyan və hökumət bizə xüsusi xidmət orqanlarından olan tamamilə kənar adamlar vasitəsilə “məkanın müəyyən edilməsi” üçün qayğı göstəribilər. Başqa sözlə, biz irəliləyirik və onlar bizim dincliyimizi izləyirlər, ora çatmağımızı, edəcəyimiz işi görməyimizi və evə qayıtmalarımıza diqqət edirlər. Telefonunuz varsa, hər şey bitdi. Bir e-poçt adresiniz, bir “Facebook” hesabınız, bank kartınız varsa, bitdi, artıq ovuclarının içindəsən, bundan sonra hansı parol, hansı gizlilik, hansı kod, vəssalam hər şey bitdi. Hər şeyi bilirlər həyatınız ciddi nəzarət altında keçməli olan ailənizin bir üzvü, dostunuz, qohumunuz, nəhayət böyük qardaşınızdır. Qorxmadınız ki? Qorxmağa ehtiyac yoxdur, şər olmadan xeyir olmadığını söyləyirlər. Artıq xalana zəng etmək üçün yüzlərlə telefon nömrəsi içində axtarmağa ehtiyacınız yoxdur. MTX-nin qısa nömrəsinə zəng vuracaqsınız və xalanızla əlaqə yaradacaqsınız, çünki xalanınızın da məkanı müəyyən edilib. Bəli, həmin Paşinyanın əmri ilə edilib. Adam qorxur, reytinqi “давно тю-тю”dur, onu geri qaytarmağa da imkan yoxdur və bu anda, buyur sənə uğur gətirən koronavirus peyda oldu.
Şəxsi zənglərindən nə qədər insanın sağaldığını bilmirəm, amma populizm ataları Nikolun simasında necə bir layiqli davamçılarının olduğunu gördülər. Virusun olmadığını deməzdim. Bütün dünya epidemiya xəstəliyinə tutuldu, amma heç bir ölkədə epidemiya Ermənistandakı kimi hakimiyyətin saxlanılması üçün istifadə edilməyib. İnsan nə qədər az olsa, problemlər də o qədər azdır. Biz evdə oturmuşuq, onlar istədiklərini edirlər. Sabah hər şeyin koronavirus səbəbiylə məhv edildiyi, büdcənin yox olduğu, iş yerlərinin azaldığı və sərmayələrin gəlmədiyi açıqlanacaq. Əvvəllər koronavirusa yoluxanların sayı ədədlərlə artdı, bir az da sıxdılar, indi 10-10 artmağa başladı. Bunun faydalı olduğunu gördülər, 50-50 artırmağa başladılar. Ağır hallar 1-2 idi. Həmin insanlar öldü. Dərhal ağırların sayını 9 yüksəltdilər. Parlament həyatın digər mövzularını, ölüləri necə yarılmış, yoxsa yarılmadan dəfn etmək barədə müzakirələrə başladı, ancaq Səhiyyə naziri cəsədin nəfəs alıb-almaması məsələsində “Facebook”da müzakirə açmaqla kef çəkir. Beynim bütün bunları başa düşməkdən boyun qaçırır, insanı ruhlandıran qorxu və koronavirusun miqdarının çox qeyri-mütənasib olduğunu və bu bərabərsizlikdə milyardlarla dramın mənimsənildiyini xatırladır.
Bunu da sonda deyim. Hansı məsələ ilə əlaqəsinin olmasından asılı olmayaraq, əgər həbs olunubsunuzsa, koronavirus həlledici rol oynaya bilər. Niyə? Çünki hakim də bir insandır və koronavirusa yoluxma xüsusiyyətinə malikdir. Buna yoluxdu, yoluxdu, ya hakim, ya da koronavirus ölməyincə neçə ay həbsdə qala bilərsən. Bax, budur belə-belə işlər”, - deyə nəşrdə dərc olunan məqalədə deyilir.