• 19 Sentyabr 2020
logo
Filippin Prezidenti polislərə karantin rejimini pozanları güllələmək tapşırığı verib

Filippin Prezidenti polislərə karantin rejimini pozanları güllələmək tapşırığı verib

Filippin Prezidenti Rodriqo Duterte polislərə koronavirus pandemiyası ilə əlaqədar karantin rejimini pozanlara atəş açmağa icazə verib.

APA-nın "France-Presse" agentliyinə istinadən verdiyi xəbərə görə, o, bu barədə televiziyada xalqa müraciətində deyib.

“Vəziyyət getdikcə pisləşir. Buna görə də bir daha sizə problemin ciddiliyini deyirəm və siz buna qulaq asmalısınız. Mənim əmrim polisə, hərbçilərə, habelə yerli məmurlara aiddir. İnsanların sizə hücum etməsi və həyatınızı təhdid etməsi ilə bağlı problemli bir vəziyyət varsa, onları öldürün. Məni başa düşdünüzmü? Öldürün! Yaratdığınız narahatlıq və problemin əvəzinə sizi basdıracağam”, - deyə F. Duterte deyib.