• 19 Aprel 2024
logo
ABŞ-da 1200-dən çox insan COVID-19-dan vəfat edib

ABŞ-da 1200-dən çox insan COVID-19-dan vəfat edib

Son 24 saat ərzində ABŞ-da 1,2 mindən çox insan yeni koronavirusun səbəb olduğu xəstəlikdən ölüb. Bu, dünyada xəstəliyin başlanmasından bəri sutka ərzində qeydə alınan ən çox ölüm hadisəsidir.

Müvafiq məlumatları Con Hopkins Universiteti təqdim edir.

Universitetin saytında yerləşdirilən məlumata görə, son sutka ərzində COVID-19 (koronavirusun səbəb olduğu xəstəlik) nəticəsində 1243 nəfər ölüb. ABŞ-da yeni koronavirusa yoluxanların sayı 215,417 nəfərə çatıb, 5116 nəfər vəfat edib.

Sutka ərzində ən çox COVID-19 qurbanı üzrə əvvəlki antirekord martın 27-də İtaliyada qeydə alınıb, ölkədə xəstəlikdən 969 nəfər olmüşdü.