• 20 Aprel 2024
logo
İtaliyada koronavirus epidemiyası niyə sürətlə yayıldı?

İtaliyada koronavirus epidemiyası niyə sürətlə yayıldı?

Koronavirus pandemiyasından Avropada ən çox əziyyət çəkən ölkə İtaliya olub.

Bu günədək ölkədə 101 739 nəfər koronavirusa yoluxub, 11 591 nəfər isə həyatını itirib.

Aparılan statistika onu göstərib ki, İtaliyada ölənlərin 99 faizi sağlamlıqla bağlı digər problemlər yaşayıb. Belə ki, ölənlərin 75 faizi yüksək qan təzyiqindən, 35 faizə yaxını isə diabetdən əziyyət çəkirdi. Bundan başqa, ölənlərin ortalama yaşı 79,5-ə bərabər olub.

İtaliyada ilk “COVİD-19” diaqnozu fevralın 20-də təyin edilib. Həmin dövrdə dünyada 70 minədək xəstə var idi və onların 90 faizindən çoxu Çində qeydə alınmışdı. Təkcə bir aydan sonra İtaliyada koronavirusa yoluxanların 50 minə çatdı, 4 mindən çox xəstə isə həyatını itirdi.

Ötən ilin noyabrında italiyalı mütəxəssislər bildirmişdi ki, 2013-2017-ci illər arasında qrip epidemiyası ölkədə “normadan artıq” 70 min nəfərin həyatına son qoyub.

İtaliyada epidemiyanın geniş yayılmasına, həmçinin fevralın 19-da Milanda baş tutmuş Atalanta-Valensiya matçı da səbəb oldu. Həmin oyuna Berqamo şəhərindən 50 min nəfər gəlmişdi ki, onların böyük əksəriyyəti ictimai nəqliyyatdan istifadə etmişdi.