Gürcüstanda yeni növ koronavirusa (COVID-19) yoluxma hallarının sayı 108-ə çatıb.
Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bildirilib ki, hazırda ölkə üzrə karantində 5 114 saxlanılır, stasionar müalicə alan xəstələrin sayı isə 263 nəfərdir. Virusa yoluxmuş şəxslərdən 20-si isə artıq sağalıb.
Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-da qeydə alınıb.
Səid Babazadə