1974-ci ildə adam öldürməkdə günahlandırılan Gelin Saymonz 48 il 1 ay 18 gün həbsdə saxlanıldıqdan sonra sərbəst buraxılıb.
Baymedia.az xəbər verir ki, bu barədə dünya mediası məlumat yayıb.
Bildirilib ki, ABŞ-ın Oklahama əyalətinin məhkəməsi 71 yaşlı məhbusun qətldə iştirak etmədiyi ilə bağlı sübutları araşdırdıqdan sonra onun azadlığı barədə hökm verib.
Bununla da Gelin Saymonz ABŞ tarixində əsassız olaraq ən çox həbsdə qalan şəxs elan edilib.