Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclası və MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində Ermənistan Baş naziri Nikol Paşinyanla görüşə biləcək.
Baymedia.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Onlar tədbirdə və tədbirdən kənarda ünsiyyət qurmaq üçün əla fürsət əldə edəcəklər”, - o bildirib.