• 25 Aprel 2024
logo
İranda daha 3 186 nəfər koronavirusa yoluxub

İranda daha 3 186 nəfər koronavirusa yoluxub

İranda ötən sutka ərzində yeni koroanvirus (COVID 19) daşıyıcılarının sayı 3 186 nəfər artıb.

Bu barәdә Trend İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinə istinadәn mәlumat verib.

Nazirliyin mәtbuat xidmәtinin müdiri Kiyanuş Cahanpurun sözlərinə görə, ümumilikdə indiyədək İranda 41 495 nəfər bu virusa yoluxub.

Nazirlik rəsmisi ötən 24 saat ərzində İranda 117 nəfərin yeni koronavirusdan öldüyünü və ümumilikdə ölənlərin sayının 2 757 nəfərə çatdığını təsdiqləyib.

O deyib ki, hazırda İranda 3 511 nəfər virus daşıyıcısının vəziyyəti ağırdır. İndiyədək 13 911 nəfər virusdan sağalıb.

“Bu günədək İranda 63 milyondan çox şəxs yeni koronavirus testindən keçib”, - deyə o qeyd edib.