• 27 Aprel 2024
logo
İranda güclü zəlzələ

İranda güclü zəlzələ

İranın qərbində Rixter cədvəli ilə 5,7 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, yerli vaxtla səhər saat 07:00-da baş vermiş zəlzələnin episentri Əhvaz şəhərindən 87 kilometr cənub-şərqdə olub.
Yeraltı təkanlar yerin 10 kilometr dərinliyində qeydə alınıb.
Hadisə nəticəsində hər hansı itki və ya fəsadların olması barədə hələlik məlumat verilməyib.