• 26 Aprel 2024
logo
Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 1 228 nəfər çatıb

Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 1 228 nəfər çatıb

Böyük Britaniyada gün ərzində yeni növ koronavirusdan ölənlərin sayı 200-dən çox artaraq 1 228 nəfərə çatdı.

Trend-in məlumatına görə, bu barədə krallığın Səhiyyə Nazirliyi xəbər yayıb.

Bildirilir ki, ümumilikdə COVİD-19 virusuna yoluxmuş xəstələrin sayı ölkədə 19522 nəfərdir.

Britaniya hökumətində etiraf edirlər ki, yoluxmuş şəxslərin real sayı təsdiqlənmiş halların sayından xeyli çox ola bilər, çünki analizlər yalnız xəstəxanalarda olan pasiyentlərdə aparılır.