• 25 Aprel 2024
logo
Çində koronavirus epidemiyasının sona çatdığı elan olundu

Çində koronavirus epidemiyasının sona çatdığı elan olundu

Çində koronavirus epidemiyası sona çatıb.

Bunu ölkənin Səhiyyə məsələləri üzrə Dövlət Komitəsinin rəsmi nümayəndəsi Mi Fen brifinq zamanı elan edib.

O bildirib ki, marrtın 29-a olan vəziyyətə görə, koronavirusa yoluxanların sayı 3 min nəfərdən az olub.

Qeyd edək ki, bu günədək Çində 81 mindən çox şəxs koronavirusa yoluxub, 3 300 nəfər ölüb. Ötən gün yalnız 45 yeni yoluxma qeydə alınıb ki, onların hamısının ölkə xaricindən gəldiyi deyilir.

Çində 75 mindən çox koronavirus xəstəsi sağalıb, müalicəsini davam etdirənlərin sayı 2 691 nəfər təşkil edir.