• 25 Aprel 2024
logo
İranda bir gündə 123 nəfər koronavirusdan ölüb

İranda bir gündə 123 nəfər koronavirusdan ölüb

İranda ötən sutka ərzində yeni koronavirus (COVID 19) nəticəsində 123 nəfər ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mәtbuat xidmәtinin müdiri Kiyanuş Cahanpur deyib. Bu barәdә Trend nazirliyә istinadәn mәlumat verib.

K.Cahanpurun sözlərinə görə, ümumilikdə İranda bu virusdan ölənlərin sayı 2 640 nəfərə yüksəlib.

Nazirlik rəsmisi ötən sutka ərzində 2 901 nəfərin bu virusa yoluxduğunu və ümumilikdə İranda bu virusa yoluxanların sayının 38 309 nəfərə yüksəldiyini deyib.

Cahanpur bildirib ki, 3 467 nəfərin vəziyyəti kritikdir.

Cahanpur əlavə edib ki, indiyədək virusdan sağalanların sayı 12 391 nəfər olub.