• 28 Mart 2024
logo
Ermənistanda koronavirusdan daha 2 nəfər ölüb

Ermənistanda koronavirusdan daha 2 nəfər ölüb

Ermənistanda koronavirusdan ölənlərin sayı artıb.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Arsen Torosyan bildirib.

Onun sözlərinə görə, martın 29-da Nork xəstəxanasında 2 nəfər koronavirusdan ölüb. Onlardan biri 55 yaşlı qadın və digəri 73 yaşlı kişidir. Onların hər ikisi başqa xroniki xəstəlikdən əziyyət çəkirmiş.

Bununla da Ermənistanda koronaviusdan ölənlərin sayı 3 nəfərə çatıb.

Xatırladaq ki, martın 28-inə olan məlumata əsasən, Ermənistanda 407 yoluxma faktı qeydə alınıb.