Yeni Zelandiyada yeni növ koronavirusdan (COVİD-19) ilk ölüm halı qeydə alınıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu ölkənin baş sanitar həkimi Eşli Blumfild Vellinqtonda keçirilən brifinq zamanı deyib.
Onuт sözlərinə görə, koronavirusdan 70-dən artıq yaşı qadın dünyasını dəyişib: "Bu kədərli xəbər ölkədə təhlükəsizliyə və millətin sağlamlığına təhdidin dördüncü səviyyəsinə keçməyin zəruriliyini bir daha təsdiqləyir".
Qeyd edək ki, Yeni Zelandiyada 514 koroanvirusa yoluxma halı qeydə alınıb. İlk yoluxma halı fevralın 28-i aşkarlanıb.