• 20 Aprel 2024
logo
İranda güclü zәlzәlә olub

İranda güclü zәlzәlә olub

İranın cәnub-şәrqindә yerlәşәn Kirman vilayәtinin Faryab rayonunda 5,4 bal gücündә zәlzәlә baş verib.

Bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.

Zəlzələ yerli vaxtla saat 11:10-da, 14 km dərinlikdə qeyd alınıb.

Ehtimal olunan dağıntı və tələfat haqda məlumat verilməyib.

Qeyd edək ki, 23 fevralda İranın Qərbi Azərbaycan vilayətinin Xoy rayonunda baş verən zəlzələdə 109 nəfər yaralanıb.