• 11 Avqust 2020
logo
Gürcüstanda koronavirusa yoluxanların sayı artır

Gürcüstanda koronavirusa yoluxanların sayı artır

Gürcüstanda bu gün daha 3 nəfər koronavirusa yoluxub.

Ölkədə virusa yoluxanların sayı 73 nəfərə çatıb.

Onlardan 9 nəfəri sağalıb.

Hazırda 4 055 nəfər karantinə alınıb, 252 nəfər stasionar nəzarətdədir.

Qeyd edək ki, koronavirus epidemiyası ilə əlaqədar Gürcüstanda aprelin 21-dək fövqəladə rejim qüvvədədir.