• 29 Mart 2024
logo
Niderlandda koronavirus xaosa yol açıb - heç kim bir-birinə kömək etmir

Niderlandda koronavirus xaosa yol açıb - heç kim bir-birinə kömək etmir

Koronavirus epidemiyası Niderlandda intensiv surətdə yayılır və yoluxanların arasında ölümlülük həddi artır. Amma hökumətdə hələ də müzakirələr gedir: kəskin təcrid tətbiq olunsunmu, məktəblər və mağazalar tam bağlansınmı? Niderlandlıların da gözlədiyi və qorxduğu budur.

“Moskovski komsomolets” qəzetinin müxbiri Niderlanddan xüsusi reportaj hazırlayıb:

Reportajda qeyd edilir:

“Hər yerdə olduğu kimi, burada da tualet kağızları populyardır. Bundan başqa, pişikləri yemləmək olmur, çünki pişik konservləri itib. Bəlkə də onları yığıb sonraya saxlayırlar, çünki başqa bir şey qalmayacaq.

Bir neçə gün əvvəl Niderland Baş naziri Britaniya təcrübəsini təkrar etmək barədə “parlaq fikir”lə çıxış edib: həqiqətən də niyə də hər kəs bu virusa yoluxmasın və infeksiyaya qarşı kollektiv immunitet yaranmasın? Düzdür, həkimlər baş nazirin planlarını dəstəkləmədilər, çünki hesab edirlər ki, immunitetin yaranması üçün bir neçə onilliklər lazımdır. Bir çoxları konspirologiya nəzəriyyələrinə inanır, hesab edirlər ki, “yuxarıların” planı faydasız yaşlı əhalinin sayını azaltmaqdır və ona görə də pensiyaçıların yaşadığı xüsusi kəndlərdə hər gün bir neçə nəfəri dəfn edirlər.

Son dövrlərdə iflas səbəbi ilə iki özəl xəstəxana bağlanıb. İndi mehmanxanalardan özünəməxsus xəstəxanalar yaratmaq istəyirlər, amma eyni zamanda qəbuledilən tibbi xidmət səviyyəsi ilə bağlı təminat verə bilmirlər.

Bəzi tibb işçiləri təyin olunan qəbulları telefonla ləğv edir, hətta xəstələrin evlərinə gəlməli olanlar da. "Skaype" vasitəsilə məsləhətlər verənlər var. Rusiyadakı kimi könüllülər yoxdur. Heç kim heç kimə pulsuz kömək etmir. Niderlandlılara pul vermək lazımdır, əks halda onlar yerlərindən belə tərpənmirlər.

Qəzetlər yazır ki, tənha əlil onunla karantində oturmağa hazır olan şəxsə 3 min avro ödəyəcək.

Maska satan saytlar çoxdur, amma onlar fırıldaqçıdır. Maskalar heç yerdə yoxdur, bizə 300 avroya bir həftəyə çatdırmağa söz veriblər, amma o da hələlik sual altındadır.

Küçələr qorxu filmlərini xatırladır, maşınlar, insanlar hərəkət etmir, ictimai nəqliyyat sərnişin daşımır və hətta poçtalyonlar da yalnız ona görə işləyir ki, onlara əməkhaqlarının artırılması vəd edilib. Demək olar ki, bütün mağazalar bağlıdır, məktəbliləri ev tapşırıqları ilə karantinə yollayıblar. Uşaqların enerjilərini hara yönlədirəcəyini bilməyən valideynlər başlarını itirir. Yazırlar ki, polisə uşaqlara qarşı zorakılığın artması ilə bağlı müraciətlərin sayı çoxalıb.

Epidemioloqların proqnozlarına görə, ən qorxulusu təxminən 10 günə başlayacaq. Qeyd edirlər ki, yerli sakinlərin kilsələrə ziyarətləri kəskin artıb.

Gəlirlərini itirmiş yerli sahibkarlar hökumətdən təzminat tələb edirlər. İri şirkətlərin təhlükəsizlik yastığı var, amma kiçik sahibkarlarda yoxdur. Bu cür fors-major halı üçün sığorta polisi nəzərdə tutulmayıb, çünki buna zərurət yox idi. Heç kim təsəvvür edə bilməzdi ki, belə bir şey baş verəcək. Hesab edirəm ki, dövlətin ehtiyatları maliyyə itkilərini qarşılamaq üçün kifayət etməyəcək”.