• 23 Aprel 2024
logo
Rusiyada 7,6 bal gücündə zəlzələ - Sunami təhlükəsi var

Rusiyada 7,6 bal gücündə zəlzələ - Sunami təhlükəsi var

Rusiyanın Saxalin vilayətində Rixter cədvəli ilə 7,6 bal gücündə zəlzələ baş verib.

Yeraltı təkanlarla əlaqədar sunami həyəcanı elan olunub.

Severo-Kurilsk şəhərində 400-ə yaxın sakin təxliyə olunub. Bəzi tikililərdə dağıntılar qeydə alınıb.

Son məlumatlara əsasən, sunaminin bir neçə dalğası sahilə vurub. Onun ilkin hündürlüyü 50 santimetr olub. Növbəti dalğaların qısa müddətdə yaxınlaşması gözlənilir.