• 3 Aprel 2020
logo
Dünyada koronavirusa yoluxan 266 min nəfərdən 11 mini ölüb

Dünyada koronavirusa yoluxan 266 min nəfərdən 11 mini ölüb

Dünyada 266 073 nəfər koronavirusa yoluxub və indiyədək 11 min 184 ölüm faktı qeydə alınıb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən yayılmış gündəlik bülletendə bildirilib.

Sutka ərzində dünyada koronavirusa yoluxanların sayı 32 min nəfər artaraq 266 mon 73-ə nəfərə çatıb. Sutka ərzində virusa yoluxan 1344 nəfər ölüb. Beləliklə, koronavirusa yoluxma nəticəsində ölənlərin sayı 11 min 184 nəfərə çatıb.

Ən çox ölüm və yoluxma halları Avropa bölgəsində qeydə alınıb. Avropada 128 min 541 nəfər koronavirusa yoluxub, 6 min nəfər ölüb.