• 29 Mart 2024
logo
Rusiya Müdafiə Nazirliyi koronavirusla mübarizə üçün İtaliyaya yardım edəcək

Rusiya Müdafiə Nazirliyi koronavirusla mübarizə üçün İtaliyaya yardım edəcək

Rusiya Müdafiə Nazirliyi yeni tip koronavirus (Covid-19) pandemiyası ilə mübarizə çərçivəsində İtaliyaya yardım göndərəcək.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Martın 21-də Rusiya Prezidenti Vladimir Putin və İtaliyanın Baş Naziri Cuzeppe Konte arasında telefon danışığı zamanı tərəflər bu barədə razılığa gəliblər.

Bu gün hərbi həkimlər və viroloqlardan ibarət 8 səyyar qrup, mobil dezinfeksiya sistemlərini və tibbi avadanlıqları daşıyan Rusiyaya məxsus hərbi nəqliyyat təyyarələri İtaliyaya yola düşəcək.

Qeyd edək ki, İtaliyada koronavirusdan ölənlərin sayı 4 min 825-ə çatıb, son 24 saat ərzində 793 nəfər bu xəstəliyin qurbanı olub. Ümumilikdə ölkədə 53 min 578 nəfər virusa yoluxub.

Rusiyada bu günədək koronavirusa 306 yoluxma faktı qeydə alınıb, bir nəfər ölüb.