• 28 Mart 2024
logo
Gürcüstanda daha iki pasiyent koronavirusdan sağaldı

Gürcüstanda daha iki pasiyent koronavirusdan sağaldı

Gürcüstanda koronavirus infeksiyasına yoluxan daha iki şəxs tam sağalıb.

Bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Marina Ezuqbaya bildirib.

Onun sözlərinə görə, həmin pasiyentlərin koronavirusla bağlı təkrar testləri mənfi nəticə verib.

M.Ezuqbaya qeyd edib ki, sağalan şəxslərin biri ötən gün xəstəxananı tərk edib, digəri isə bu gün evə buraxılacaq.

Bununla qonşu ölkədə koronavirusdan sağalanların sayı üçə çatıb.