• 23 Yanvar 2021
logo
İspaniyada koronavirusdan ölənlərin sayı kəskin artdı

İspaniyada koronavirusdan ölənlərin sayı kəskin artdı

İspaniyada bu gün koronavirusdan 149 nəfər vəfat edib. Bunu ölkənin Səhiyyə Nazirliyi bildirib. Ümumilikdə, ölkədə koronavirusdan ölənlərin sayı 491 nəfərə çatıb. Bu gün həmçinin 1 236 nəfərin koronavirusa yoluxduğu məlum olub. Bu günədək İspaniyada virusa yoluxanların sayı 11 178 nəfər olub. Qeyd edək ki, koronavirusa 162 ölkədə 185 mindən çox şəxs yoluxub. 7 332 nəfər virusun qurbanı olub.