• 1 Oktyabr 2020
logo
Qazaxıstanın paytaxtı bağlana bilər

Qazaxıstanın paytaxtı bağlana bilər

Qazaxıstanın paytaxtı Nur-Sultanın rəhbərliyi koronavirus təhlükəsi ilə əlaqədar şəhərin bağlanması məsələsini müzakirə edəcək.

Bunu Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Dias Ahmetşarip deyib.

Onun sözlərinə görə, bununla bağlı qərar gün ərzində verilə bilər.

Qeyd edək ki, Nur-Sutan şəhərində təkcə bu gün 14 yeni yoluxma faktı aşkar edilib.

Ümumilikdə, ölkədə 27 yoluxma qeydə alınıb.