• 28 Mart 2024
logo
Əfqanıstanda bazara mərmi düşdü - Yaralılar var

Əfqanıstanda bazara mərmi düşdü - Yaralılar var

Əfqanıstanın şimal vilayəti olan Fəryabda bazarların birinə mərmi düşüb.
Trend-in məlumatına görə, insident nəticəsində 40-dan çox dinc sakin xəsarət alıb.
Hadisə yerinə təhlükəsizlik qüvvələri və tibb işçiləri cəlb edilib.
Qeyd edək ki, Əfqanıstanda hökumət qüvvələri ilə "Taliban" radikal hərəkat silahlıları arasında toqquşma uzun müddətdir davam edir. Əfqanıstan təhlükəsizlik qüvvələri terrorizmlə mübarizə çərçivəsində ölkədə mütəmadi əməliyyatlar keçirir.