• 20 Yanvar 2021
logo
Ermənistanda 1 aylıq fövqəladə vəziyyət elan olundu

Ermənistanda 1 aylıq fövqəladə vəziyyət elan olundu

Ermənistan ərazisində martın 16-dan başlayaraq 1 ay müddətində fövqəladə vəziyyət elan olunub.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə hökumətin növbədənkənar iclasında qərar qəbul edilib.

Fövqəladə vəziyyət bu gün saat 17:00-dan başlayaraq aprelin 16-ı sahat 09:00-dək davam edəcək.

Qeyd edək ki, Ermənistanda koronavirusa yoluxanların sayı 30 nəfərə çatıb.