• 23 Sentyabr 2020
logo
İranda koronavirusdan ölənlərin sayı artdı

İranda koronavirusdan ölənlərin sayı artdı

İranda yeni koronavirusdan (COVID-19) ölənlərin sayı 853 nəfərə yüksəlib.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mәtbuat xidmәtinin müdiri Kiyanuş Cahanpur deyib. Bu barәdә Trend nazirliyә istinadәn mәlumat verib.

K.Cahanpurun sözlərinə görə, ötən 24 saat ərzində bu virus nəticəsində 129 nəfər ölüb.

Nazirlik rəsmisi ötən sutkada 1 053 nəfərin koronavirusa yoluxduğunu deyib.

Cahanpur əlavə edib ki, ümumilikdə İranda 14 991 nəfər bu virusa yoluxub.

Cahanpurun sözlərinə görə, indiyədək virusdan sağalanların sayı 4 996 nəfər olub.