• 20 Yanvar 2021
logo
Ukrayna sərhədləri bağladı

Ukrayna sərhədləri bağladı

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası koronavirus təhlükəsiz ilə əlaqədar bütün əcnəbi vətəndaşlar üçün sərhədləri bağlamaq qərarına gəlib.

Qərar martın 15-dən etibarən qüvvəyə minəcək.

Qərara əsasən, sərhədlər iki həftə müddətində bağlı qalacaq.

Hazırda Ukraynada karantin elan olunub. Martın 12-dən aprelin 3-dək tədris müəssisələri bağlanıb, bəzi ölkələrlə aviareyslər ləğv edilib, kütləvi tədbirlər qadağan edilib.

Əlavə edək ki, bu günədək Ukraynada koronavirusa 1 yoluxma faktı təsdiq edilib.