• 17 Yanvar 2021
logo
İranda 1 sutkada koronavirusa yoluxanların sayı min nəfəri keçib

İranda 1 sutkada koronavirusa yoluxanların sayı min nəfəri keçib

İranda ötən sutka ərzində 1 075 nəfər yeni koronavirusa (COVID-19) yoluxub.

Bu barәdә Trend İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinə istinadәn mәlumat verib.

Nazirliyin mәtbuat xidmәtinin müdiri K.Cahanpurun sözlərinə görə, ümumilikdə İranda bu virusa yoluxanların sayı 10 075 nəfərə çatıb. Ötən sutka ərzində 75 nəfərin virus nəticə öldüyünü deyib.

Nazirlik rəsmisi əlavə edib ki, ümumilikdə İranda yeni koronavirusdan ölənlərin sayı 429 nəfərə çatıb. Ümumilikdə bu günədək 3 276 nəfər sağalıb.