• 23 Sentyabr 2020
logo
Avstriya İtaliya ilə dəmir yol əlaqəsini dayandırır

Avstriya İtaliya ilə dəmir yol əlaqəsini dayandırır

Avstriya hökuməti İtaliya ilə dəmir yol əlaqəsini mərhələli şəkildə dayandırdığını açıqlayıb.

Koronavirus təhlükəsi ilə əlaqədar Avstriyadan İtaliyaya və əks istiqamətdə sərnişin qatarları dayandırılır.

Sərnişinlər biletləri kassalarda və ya telefon vasitəsilə ləğv edə bilərlər.

Eyni zamanda iki ölkə arasında yük qatarlarının hərəkəti davam etdiriləcək.

Qeyd edək ki, ötən gün Avstriya hökuməti İtaliya ilə avtobus reyslərinin dayandırıldığını elan etmişdi.