• 27 Yanvar 2021
logo
Putin Dumaya gəldi: Səlahiyyətlərini azaldır...

Putin Dumaya gəldi: Səlahiyyətlərini azaldır...

Rusiya Prezidenti Vladimir Putin Rusiya Dumasına gəlib.
O, Dumada Konstitusiya düzəlişləri ilə bağlı çıxış edib. Çıxışı zamanı Rusiyada bir daha inqilablara yol verilməməsi gərəkdiyini deyib:
“İnqilablar Rusiya üçün artıq kifayətdir. Rusiya inqilablarla bağlı planını doldurub”.
O, Dumaya növbədənkənar seçkilərin keçirilməsinə ehtiyac olmadığını vurğulayıb. Bununla belə Putin prezidentin səlahiyyətlərinin bir qisminin Dumaya verilməsini dəstəklədiyini bildirib.
Putin Jirinovskinin Dövlət Şurasının prezidenti seçməsi təklifini də dəstəkləmədiyini söyləyib. O, bunun ikihakimiyyətlilik yaradacağını deyib.
Putin prezidentlik dönəmi ilə bağlı məhdudiyyətin ləğv edilməsini də dəstəkləməyib:
“Mən Peterburqdakı görüşümdə demişəm: SSRİ dönəminə qayıtmaq istəmirəm. Bu, doğru olmazdı”.
Bununla belə, Putin prezidentlik dönəminin sıfırlanması ilə bağlı təklifi yalnız Konstitusiya Məhkəməsinin buna icazə verəcəyi təqdirdə dəstəkləyəcəyini söyləyib.