• 16 Yanvar 2021
logo
İranın qərbində zəlzələ olub

İranın qərbində zəlzələ olub

İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Xoy rayonunun Qotur məntəqəsində 4 bal gücündə zəlzələ baş verib. Bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib. Zəlzələ yerli vaxtla saat 06:23 dəqiqədə 10 km dərinlikdə qeyd alınıb. Ehtimal olunan dağıntı və tələfat haqda məlumat verilməyib. Qeyd edək ki, 23 fevralda İranın Qərbi Azərbaycan vilayətinin Xoy rayonunda baş verən zəlzələdə 109 nəfər yaralanıb.