• 29 Sentyabr 2020
logo
Əfqanıstanda baş nazirin olduğu tədbirə hücum zamanı ölənləri sayı 30-u keçib

Əfqanıstanda baş nazirin olduğu tədbirə hücum zamanı ölənləri sayı 30-u keçib

Əfqanıstanın paytaxtı Kabildə baş nazirin olduğu tədbirə hücum zamanı 23 nəfər həlak olub, 33 nəfər isə xəsarət alıb.

Hücum zamanı bir müddət atışma qeydə alınıb.

Hadisə nəticəsində ölən və yaralananların sayının artması istisna olunmur.

Qeyd edək ki, Kabildə baş nazir Abdulla Abdullanın olduğu tədbirə hücum olub. Baş nazir hadisə yerindən uzaqlaşdırılıb və xəsarət almayıb.

Hücumla bağlı məsuliyyəti üzərinə götürən olmayıb.