İspaniyada koronavirusdan dördüncü ölüm faktı qeydə alınıb.
Valdemoro şəhərində qocalar evində yaşayan qadın virusun növbəti qurbanı olub.
Bundan başqa, virus daha 20 nəfərdə aşkar olunub. Onlardan 16-sı sözügedən qocalar evinin işçiləri və sakinləridir.
Dörd nəfər reanimasiyaya yerləşdirilib.