• 2 İyul 2025
logo
Putin: İdlibdəki vəziyyət bizim birbaşa müdaxiləmizi tələb edir

Putin: İdlibdəki vəziyyət bizim birbaşa müdaxiləmizi tələb edir

Suriyanın İdlib əyalətindəki vəziyyət o dərəcədə kəskinləşib ki, bizim birbaşa müdaxiləmizi tələb edir.

Bunu Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı deyib.

İdlibdə türkiyəli hərbçilərin həlak olması məsələsinə toxunan V.Putin o bölgədə onların olması barədə heç kimi məlumatı olmadığını deyib.

Ərdoğan öz növbəsində əlavə edib ki, danışıqlar İdlibdəki vəziyyətin həllinə kömək edəcək.

Qeyd edək ki, hazırda Moskvada V.Putinlə R.T.Ərdoğanın görüşü keçirilir.