• 22 Yanvar 2021
logo
Kim Çen İn cənubi koreyalı həmkarına dəstək məktubu göndərib

Kim Çen İn cənubi koreyalı həmkarına dəstək məktubu göndərib

Şimali Koreya rəhbəri Kim Çen İn Cənubi Koreyada koronavirusun yayılması ilə əlaqədar prezident Mun Çje İnə dəstək məktubu ünvanlayıb.

Bunu Cənubi Koreya prezidentinin nümayəndəsi Yun Do Han brifinq zamanı bildirib.

Məktubda deyilir ki, Kim Çen İn Cənubi Koreya prezidentinin səhhətindən narahatlıq duyur:

“Mən inanıram ki, Cənubi Koreya virusun öhdəsindən gələcək”.

Cənubi Koreya Prezidentinin buna cavab olaraq təşəkkür məktubu göndərdiyi qeyd edilib.